General-mayor Məhəmməd Pakpur cümə axşamı Sistan və Bəlucistanın cənubunda terror əməliyyatlarının son vəziyyəti ilə bağlı deyib: “Çabahar, Rask, Dəryabani və 11 saylı polis bölməsində terror aktının başladığı dünən gecə yarısından quru qüvvələri və polis qüvvələri tərəfindən əsas tədbirlər gündəmə gətirildi.”
O, əlavə edib: “Bir neçə yerdə koordinasiyalı terror əməliyyatları həyata keçirilmişdi və iştirak edən terrorçu ünsürlərin hamısı partlayıcı jiletlərlə təchiz olunmuşdu. Raskda terrorçulara qarşı əməliyyat bir saat əvvəl başa çatdı. İndiyədək 5 terrorçu məhv edilib, təmizləmə işləri davam edir. Məhv edilən terrorçuların sayı arta bilər.”
Sizin rəyiniz